Polşanın "Legiya" klubu uğursuz nəticələrə görə baş məşqçisi Aleksandar Vukoviçi istefaya göndərib.
Sportal.az xəbər verir ki, klub rəhbərliyi Ekstraklasanın 6-cı turunda evdə "Qurnik"ə məğlubiyyətdən sonra bu qərarı verib. Komandanın Çempionlar Liqasında "Omoniya"ya uduzması və çempionata uğursuz başlaması 41 yaşlı bosniyalı mütəxəssisin istefasına səbəb olub.
Varşava təmsilçisi yeni baş məşqçisini də açıqlayıb. Komandanı bundan sonra Çeslav Mixneviç çalışdıracaq. Polşalı mütəxəssislə 2 illik müqavilə imzalanıb. 50 yaşlı çalışdırıcı "Lex", "Yagelloniya", "Polonya", "Poqon" kimi Polşa klublarını çalışdırıb. Mixneviç 2017-ci ildən Polşanın U-21 millisinə rəhbərlik edirdi.
“Qarabağ” Avropa Liqasının pley-off mərhələsində “Legiya” (Polşa) – “Drita” (Kosovo) cütünün qalibi ilə qarşılaşacaq.
saytlarin hazirlanmasi