AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sportal.az xəbər verir ki, iclasda Premyer Liqanın III turu ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Qəbələ” – “Keşlə” oyununda “Qəbələ” klubunun 32 nömrəli futbolçusu Nikolas Raysel qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 200 manat cərimə olunur. “Keşlə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur.
“Sumqayıt” – “Səbail” matçında oyun öncəsi yanğınsöndürən nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 400 manat cərimə olunur. Hər iki tərəfin 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klublar 800 manat cərimə olunur.
“Zirə” – “Sabah” oyununda “Sabah” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur.
saytlarin hazirlanmasi