"Fənərbaxça" daha bir transferə hazırlaşır.
Sportal.az xəbər verir ki, "Portu"nun hücumçusu Ze Luişi 1 illik satın alma şərti ilə icarəyə götürüb.
"Sarı-lacıvərdilər" 29 yaşlı futbolçunu 6 milyon avroya transfer etmək hüququna sahibdir. Türkiyə klubu bu məbləği 3 il ərzində taksitlə ödəyəcək. Kabo-verdeli oyunçunun illik maaşı 2 milyon avro olacaq və bunun üzərinə bonuslar da əlavə olunacaq.
Futbolçu 1+2 illik razılıq əldə edilib. O, bu həftə İstanbula gəlib, tibbi müayinədən keçəcək.
"Portu" Ze Luişi 2019-cu ilin yayında "Spartak"dan 10,75 milyon avroya transfer edib. O, ötən mövsüm keçirdiyi 31 oyunda 10 qol vurub.
saytlarin hazirlanmasi