UEFA Super kubokunun qalibi müəyyənləşib.
Sportal.az xəbər verir ki, titul uğrunda Çempionlar Liqasında 2019/2020 mövsümünün qalibi olmuş “Bayern” ilə son Avropa Liqasını qazanan “Sevilya” üz-üzə gəlib.
Budapeştdəki “Ferents Puşkaş” stadionunda keçirilən oyun Münhen klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbə ilə “Bayern” kubokun sahibi olub.
"Bayern" (Almaniya) - "Sevilya" (İspaniya) - 2:1
Qollar: Leon Qoretska, 34, Xavi Martines, 104 - Lukas Okampos, 13 (pen.)
saytlarin hazirlanmasi