"Qarabağ"ın futbolçusu Donald Gerye UEFA Avropa Liqasının pley-off mərhələsində Polşa "Legiya"sına qarşı oynaya bilər.
Sportal.az xəbər verir ki, bu barədə haitili yarımmüdafiəçinin özü məlumat verib. 31 yaşlı oyunçu bildirib ki, artıq pasport məsələsi həllini tapıb:
"Bu gün lazım sənədi göndərdilər. Haiti prezidenti bu işdə mənə yaxından kömək etdi. Varşavaya getmək istəyirəm. Hazırda bu istiqamətdə işlər gedir. Klubdan cavab gözləyirəm. Amma hələ heç nə bilinmir".
Polşa mətbuatı isə yazıb ki, Gerye Bakıdan İstanbula, oradan isə Varşavaya uçacaq. Onun bu gün axşam və ya sabah səhər saatlarında Polşada olacağı bildirilib.
Oktyabrın 1-də keçiriləcək "Legiya" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. (Report)
saytlarin hazirlanmasi