"Qarabağ" Polşanın "Legiya" klubunu Varşavada 3:0 hesablı məğlub edərək Avropa Liqasının qrup mərhələsinə yüksəlib.
Sportal.az xəbər verir ki, oyundan sonra komanda üzvləri əsgər salamı ilə qələbəni qeyd edəərk ordumuza dəstək nümayiş etdiriblər.
Matçda ilk qolun müəllifi olan Patrik Andrade qələbəni şərh edib:
"Bizim üçün çox vacib oyun idi. Hansı komandada oynadığımızı yaxşı dərk edirik. Baş məşqçimizin tapşırıqlarını icra etməyi bacardıq. Meydana qələbə üçün çıxmışdıq. Göstərdiyimiz gözəl oyunla bunu reallaşdırdıq".
saytlarin hazirlanmasi