Mahir Emreli İspaniyaya gedir

21:44 - 8 Oktyabr 2020

Azərbaycan milli komandasının heyətində zədələnən “Qarabağ”ın futbolçusu Mahir Emrelinin durumuna aydınlıq gəlib. 23 yaşlı futbolçu bir müddət yaşıl meydanlardan kənarda qalacaq. 


Sportal.az xəbər verir ki, hücumçu  müayinə və müalicə olunmaq üçün sabah İspaniyaya gedəcək. Ağdam klubunun futbolçusu zədəsini daha tez bərpa etmək üçün İspaniyaya yollanmağı üstün tutub.  


Emrelinin hansı müddətdə yaşıl meydanlara qayıdacağı bəlli olmasa da, onun Azərbaycan Premyer Liqasının VI turunda “Qəbələ” ilə görüşü, Avropa Liqasının qrup mərhələsinin I turunda “Makkabi”yə qarşı keçiriləcək matçı buraxacağı gözlənilir.

Xəbər xətti