Qara Qarayevin 250-ci oyunu

12:12 - 15 Mart 2021

“Qarabağ”ın futbolçusu Qara Qarayev Azərbaycan Premyer Liqasında 250-ci oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, yubiley XX turun “Sabah”la görüşünə (2:0) təsadüf edib. Bu matçadək 249 qarşılaşmada iştirak edən yarımmüdafiəçi keçirdiyi 250 oyunda 3 qol vurub.

 

Qara ölkə çempionatlarında yalnız bir klubun formasını geyinib. O, “Qarabağ”ın heyətində 250 çempionat görüşünə çıxan 3-cü futbolçu olub. Onadək yalnız Maksim Medvedevlə Aslan Kərimov bunu bacarıb.

 

Qarayev Azərbaycan çempionatında 2008/09 mövsümündə debüt edib. O, 2009-cu il aprelin 11-də “Muğan”la səfər görüşünün (2:1) uzatma dəqiqələrində meydana çıxıb.

 

Xəbər xətti