“Real”ın və Belçika millisinin futbolçusu Eden Hazard AÇ-2020-də çıxış etməyə bilər.
Sportal.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi zədəli olduğu üçün turnirdən kənar qala bilər. Onun tezliklə ayaq biləyindən əməliyyat olunacağı gözlənilir.
Hazard əməliyyat olunsa, 4 ay yaşıl meydanlardan kənar qalacaq və AÇ-2020-də Belçika yığmasına kömək edə bilməyəcək.
Avropa çempionatı iyunun 11-dən iyulun 12-dək keçiriləcək.
saytlarin hazirlanmasi