“Yuventude”nin keçmiş müdafiəçisi Azərbaycan klubuna təklif olundu

15:46 - 18 Mart 2021

Braziliyalı futbolçu Genilson Ventura Mendes de Oliveyra karyerasını Azərbaycanda davam etdirə bilər.

 

Sportal.az xəbər verir ki, bunu “Yuventude”nin sabiq müdafiəçisinin meneceri Renan Vieyra deyib. Agent “Yuventude”dən yenicə ayrılan 30 yaşlı mərkəz müdafiəçisinin bir neçə variantının olduğunu etiraf edib ki, onlar Azərbaycan, Qazaxıstan, həmçinin Braziliyanın B seriyasıdır: “Xarici bazardan maraq var. Variantları təhlil etmək üçün bəzi təmasları gözləyirik.

 

Genilsonun adı Braziliya B seriyasındakı bəzi klubların da gündəmindədir və onlar futbolçunun xidmətində maraqlıdırlar. Tezliklə yekun qərarımızı verəcəyik”.

 

Genilson karyerası ərzində yalnız Braziliyada çıxış edib.

Xəbər xətti