"Qarabağ-2" I Divizionun 18-ci turunda "Sumqayıt-2" ilə qarşılaşıb. Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçirilən matçda hesab açılmayıb.
Sportal.az xəbər verir ki, oyundan sonra Ağdam təmsilçisinin baş məşqçisi Cavad Mirzəbəyli klubun saytına açıqlama verib:
"Hava şəraiti keyfiyyətli futbol nümayiş etdirməyə mane olurdu. Hər iki komanda bundan əziyyət çəkdi. Buna baxmayaraq, qol epizodları yaratdıq. Əsas olan epizodları dəyərləndirməkdir ki, bunu da bacarmadıq. Futbolçularımız əllərindən gələni etdilər. 1-ci divizionda ən gənc kollektivik. Nəticədən çox gənclərin inkişafı önəmlidir. Bu tura qədər ümumi çıxışımızı götürsək, nəticələri normal hesab edirəm. Məncə, doğru yoldayıq. Bəzi oyunlarda bəxtimiz gətirməyib, elə oyunlar olub ki, optimal heyətlə getməmişik. Komandadan razıyam. Əsas odur ki, "Qarabağ"ın ehtiyat qüvvəsi inkişaf edir".
saytlarin hazirlanmasi