"Qarabağ" Azərbaycanın U-21 millisi ilə yoxlama görüşü keçirib.
Sportal.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunda milli komanda 4:2 hesabı ilə qalib gəlib.
"Qarabağ"ın heyətində Seyxan Fərəcov dubl edib. Millidə isə Rüfət Abdullazadə dubl edib, digər qolları isə Vüsal Əsgərov və Şakir Seyidov vurub.
"Qarabağ"da əsas heyətin 14 üzvü milli komandaların düşərgəsində olduğu üçün baş məşqçi Qurban Qurbanov bu matçda ehtiyat qüvvəni sınayıb.
saytlarin hazirlanmasi