"Qarabağ"ın futbolçusu Kameruna qarşı oynadı

11:55 - 27 Mart 2021

"Qarabağ"ın yarımmüdafiəçisi Patrik Andrade Kabo-Verde millisinin heyətində Afrika Millətlər Kubokunun seçmə mərhələsində Kameruna 3:1 hesabı ilə qalib gəldikləri oyunda forma geyinib.

 

Sportal.az xəbər verir ki, 28 yaşlı futbolçu start heyətdə yer alıb və 71-ci dəqiqədə - komandası hesabda 3:1 öndə olarkən meydanı tərk edib.

 

Kabo-Verdenin növbəti matçı martın 30-u Mozambikə qarşı olacaq.

Xəbər xətti