DÇ-2022-nin seçmə mərhələsində keçiriləcək Türkiyə - Latviya matçını azarkeşlər stadionadan izləyəcəklər.
Sportal.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası qərar verib. Görüşün keçiriləcəyi Atatürk Olimpiya Stadionunun 15 faizin doldurulmasına icazə verilib . Bu isə 76 min 761 nəfərlik arenaya təqribən 12 minə yaxın azarkeşin buraxılacağı deməkdir. Azarkeşlər üçün bütün sağlamlıq tədbirləri və HES kodu məcburi olacaq.
Martın 30-da keçiriləcək Türkiyə - Latviya matçı Bakı vaxtı ilə 22:45-də başlayacaq.
saytlarin hazirlanmasi