"Qarabağ"ın yarımmüdafiəçisi Patrik Andrade Kabo-Verde millisinin heyətində Afrika Millətlər Kubokunun seçmə mərhələsinin son turunda səfərdə Mozambikə 1:0 hesabı ilə qalib gəldikləri oyunda forma geyinib.
Sportal.az xəbər verir ki, 28 yaşlı futbolçu start heyətdə yer alıb və 61-ci dəqiqədə - komandası hesabda 1:0 öndə olarkən meydanı tərk edib.
Bu qələbə ilə Kabo-Verde millisi qrupu 10 xalla 2-ci pillədə tamamlayıb və Afrika Millətlər Kubokunun final mərhələsinə yüksəlib.
saytlarin hazirlanmasi