“Liverpul”un və Danimarka millisinin keçmiş müdafiəçisi Daniel Aqqer baş məşqçiliyə başlayıb.
Sportal.az xəbər verir ki, o, ölkəsinin 2-ci liqa təmsilçisi “Köqe” klubunu çalışdıracaq. Aqqerlə imzalanan müqavilənin detalları açıqlanmayıb.
36 yaşlı veteran futbolçu 2006-2014-cü illərdə "Liverpul"da çıxış edir. Aqqer 2016-cı ildə yetirməsi olduğu "Bröndbi" klubunda karyerasını bitirib.
saytlarin hazirlanmasi