Qara Qarayev məşqlərə başladı

14:14 - 2 Aprel 2021

“Qarabağ”ın zədəli futbolçusu Qara Qarayev məşqlərə başlayıb.

 

Sportal.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi iki həftə aradan sonra məşqlərə başlayıb. Qarayev ağrılarının olmadığı təqdirdə, yaxın 5-6 günə komanda ilə məşqlərini bərpa edəcək.

 

“Qarabağ” Premyer Liqanın 21-ci turunda aprelin 4-ü səfərdə “Keşlə” ilə qarşılaşacaq. Qarayev bu qarşılaşmada iştirak etməyəcək.

Xəbər xətti