“Fənərbaxça”nın keçmiş futbolçusu Aleks de Souza məşqçiliyə başlayıb.
Sportal.az xəbər verir ki, 43 yaşlı braziliyalı veteran yarımmüdafiəçi ölkəsinin "San-Paulu" klubunun U-20 komandasına baş məşqçi təyin olunub.
Aleks 2004-2012-ci illərdə “Fənərbaxça”da çıxış edib. Braziliya millisinin keçmiş üzvü 2015-ci ildə "Koritiba"da karyerasını bitirib.
saytlarin hazirlanmasi