İnfantinodan Avropa Super Liqası ilə bağlı açıqlama

14:51 - 20 Aprel 2021

FIFA prezidenti Canni İnfantino Avropa Super Liqasının yaradılmasından danışıb.

 

Sportal.az xəbər verir ki, UEFA-nın 45-ci konqresinə qatılan isveçrəli funksioner alif tubol qurumunun bu turniri dəstəkləməyəcəyini deyib:

 

"Biz bu turniri dəstəkləmirik. Super Liqa yerli çempionatlardan, UEFA və FIFA-dan qopmuş qapalı mağazadır. UEFA-nın yanındayıq. Bu turniri yaradanlar məsuliyyət daşıyır. Avropanın idman modelini, klub yarışlarını və milli komandaları müdafiə edirik. İnsanlar hərtərəfli düşünməli və məsuliyyəti öz üzərlərinə götürməlidirlər. Bəziləri öz yollarını seçirlərsə, seçimlərinin nəticələri ilə barışmalı və buna görə məsuliyyət daşımalıdırlar. Kokret olaraq, bu, o anlama gəlir ki, siz ya oyundasınız, ya da yox".

Xəbər xətti