"Lester Siti"nin "Roma"dan icarəyə götürdüyü Cengiz Ündər yayda məxsus olduğu kluba qayıdacaq.
Sportal.az xəbər verir ki, İtaliya təmsilçisi yeni mövsüm üçün düşünmədiyi türkiyəli futbolçunu satmağa hazırlaşır. Türkiyənin "Trabzonspor" klubu 23 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq istəyir. Qara dəniz təmsilçisi futbolçunu icarəyə götürməyə çalışacaq.
Cengiz bu mövsüm keçirdiyi 21 oyunda 2 qol vurub, 3 məhsuldar ötürmə edib. "Altınordu"nun yetirməsi 2017-ci ildə "Başakşəhər"dən "Roma"ya keçmişdi.
saytlarin hazirlanmasi