Azərbaycanlı futbolçu Orxan Əliyev karyerasını Gürcüstanda davam etdirəcək.
Sportal.az xəbər verir ki, 25 yaşlı hücumçu qonşu ölkənin ikinci liqasında mübarizə aparan "Sioni" klubuna transfer olub. Bu barədə Bolnisi təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Lakin müqavilənin detalları açıqlanmayıb. Gənc forvard yeni klubunda "9" nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, "Sioni" Gürcüstan ikinci liqasında 21 turdan sonra 46 xalla 2-ci pillədədi.
Xatırladaq ki, Orxan Əliyev "Sumqayıt", "Xəzər Lənkəran", "Kəpəz", "Zirə" klublarında oynayıb.
saytlarin hazirlanmasi