"Beşiktaş" Əlcəzair millisinin üzvü Rəşid Gözəlin transferi üçün "Lester Siti" ilə razılaşıb.
Sportal.az xəbər verir ki, bu barədə "ağ-qaralar"ın vitse-prezidenti Əmrə Kocadağ məlumat verib. Onun məlumatına görə, İstanbul təmsilçisi 29 yaşlı futbolçunun transfer hüququnu "Lester Siti"dən alıb.
Təcrübəli futbolçu ilə 4 illik razılıq əldə edilib. Onun illik maaşı 3 milyon avro olacaq.
Rəşid Gözəl ötən mövsüm icarə əsasında İstanbul klubunda çıxış etmişdi. O, 35 oyunda 8 qol və 18 məhsuldar ötürmə ilə yadda qalmışdı.
Klub rəsmisinin sözlərinə görə, "Beşiktaş" bir hücumçu transfer edəcək: "Hücum xəttinə 2-3 namizədimiz var. İnşallah, qısa müddətdə həll edəcəyik".
Əmrə Kocadağ bildirib ki, razılığa gəldikləri 31 yaşlı braziliyalı yarımmüdafiəçi Aleş Teyşera tezliklə İstanbula gələcək və komandaya qoşulacaq.
saytlarin hazirlanmasi