Çexiya I Liqasında III turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi "Viktoriya" (Jijkov) "Pribram"ı qonaq edib və 2:0 hesablı qələbə qazanıb.
Fərid də bu matçın iştirakçısı olub. Start heyətdə başlayan oyunçumuz 81-ci dəqiqədə əvəzlənib. Matçda ilk qolun müəllifi də Fərid olub. O, 58-ci dəqiqədə hesabı açıb.
Bu, Nəbiyevin mövsümdə 2-ci qolu olub. Futbolçumuz hazırda bombardirlər siyahısında 1-ci yerə şərikdi.
"Vikdotiya" 3 matçdan sonra 3 xalla 16 komanda arasında 10-cudu.
Fəridin "Pribram" qapısına vurduğu baxımlı qolu təqdim edirik...
saytlarin hazirlanmasi