Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "Qarabağ" - AEL (Kipr) matçına bilet satışı davam edir.
Sportal.az xəbər verir ki, indiyədək 5 minə yaxın bilet satılıb.
Nazilər Kabinetinin qərarına əsasən, pandemiyaya görə oyunlara stadion tutumunun 50 faizi qədər azarkeş buraxıla bilər. Bu da o deməkdir ki, 30 minlik tutumu olan Tofiq Bəhramov adına Respublika stadionuna 15 min azarkeş buraxıla bilər.
Avqustun 12-də keçiriləcək "Qarabağ" - AEL oyunu saat 20:00-da başlayacaq. Komandalar arasında Kiprdə keçirilən görüş 1:1 hesabı ilə başa çatıb.
saytlarin hazirlanmasi