Polşa Ekstraklasasında 3-cü turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Visla” (Plok) evdə “Radomiak Radom” ilə qarşılaşıb və qalib gəlib – 1:0. Bu, "Visla"nın yeni mövsümdə ilk qələbəsidir.
Krivotsyuk start heyətdə başlayıb və sonadək mübarizə aparıb.
“Visla” 3 turdan sonra 3 xal toplayıb.
saytlarin hazirlanmasi