Nuriyev qeyri-dəqiq penalti ilə "Kolos"u pley-offdan kənar qoydu

22:07 - 10 Avqust 2021

Azərbaycan millisinin üzvü Anatoli Nuriyevin çıxış etdiyi Ukraynaın "Kolos" klubu Konfrans Liqasında mübarizəni dayandırıb.

 

Sportal.az xəbər verir ki, komanda 3-cü təsnifat mərhələsində Qazaxıstanın "Şaxtyor" klubunun qonağı olub. İlk görüşdə olduğu kimi bu matç da qolsuz başa çatıb. Əlavə vaxtda hesab dəyişmədiyi üçün qalib penaltilər seriyasında məlum olub. Penaltilər seriyasında rəqibini 3:1 hesabı ilə üstələyən "Şaxtyor" pley-offa yüksəlib.

 

Nuriyev 88-ci dəqiqədə meydana daxil olub. O, penaltilər seriyasında komandasının ilk zərbəsini vurub və dəqiq olmayıb.

Xəbər xətti