Son Fransa çempionu "Lill" "Trabzonspor"un qapıçısı Uğurcan Çakırı transfer etmək istəyir.
Sportal.az xəbər verir ki, əsas qapıçısı Mayk Meynanı "Milan"a satan "çoban itləri" çərçivəni 25 yaşlı qapıçıya həvalə etmək istəyir. Liqa 1 klubunun tezliklə danışıqlara başlayacağı gözlənilir.
Uğurcanın "Trabzonspor"la müqaviləsi 2024-cü ilin yayına qədərdir. Fransa klubunda Burak Yılmaz, Zeki Çelik, Mustafa Kapı və Yusuf Yazıçı kimi türk futbolçular da çıxış edir.
saytlarin hazirlanmasi