"Neftçi" və "Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibləri müəyyənləşib.
Sportal.az xəbər verir ki, Avropa Liqasında mübarizəni dayandıran "Neftçi" Konfrans Liqasının pley-offunda İsrailin "Makkabi" (Hayfa) klubu ilə qarşılaşacaq. "Makkabi" "Torşavn"ı mübarizədən kənarlaşdırıb və təmsilçimizə rəqib olub.
"Qarabağ" isə Şotlandiya "Aberdin"i ilə üz-üzə gələcək. "Aberdin" 3-cü təsnifat mərhələsində "Breydablik"dən (İslandiya) üstün olub (3:2, 2:1).
"Qarabağ" və "Neftçi" ilk oyunlarını avqustun 19-da öz meydanında keçirməlidir. Cavab görüşləri isə avqustun 26-da olacaq.
saytlarin hazirlanmasi