Şotlandiyanın "Aberdin" klubunun baş məşqçisi Stiven Qlass Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"a rəqib olmaları barədə fikirlərini bildirib.
Sportal.az xəbər verir ki, o, III təsnifat mərhələsinin "Breydablik"lə (İslandiya) cavab matçından sonra Bakı səfərindən qələbə ilə qayıtmaq istədiklərini bildirib:
"Qarabağ"la ilk matçı səfərdə keçirəcəyik. Sərfəli nəticə ilə geri dönməliyik. Məqsədimiz orada qələbə qazanmaq olacaq. Sonra növbəti cümə axşamı gecəsi burda böyük azarkeş dəstəyi ilə qrup mərhələsinə düşməyə çalışan qətiyyətli bir komanda görəcəksiz".
Bu komandalar arasında ilk oyun avqustun 19-da Bakıda, cavab görüşü isə avqustun 26-da Aberdində keçiriləcək.
saytlarin hazirlanmasi