"Neftçi"nin futbolçusu Namiq Ələsgərov "Bursaspor"a transferi tamamlanıb.
Sportal.az xəbər verir ki, 25 yaşlı futbolçu ötən gün Bursaya gedib və tibbi müayinədən keçib. Onunla 2+1 illik razılıq əldə edilib. Transferin gün ərzində açıqlanacağı gözlənilir.
Namiqin TFF I Liqanın ilk turunda "Adanaspor"a qarşı matçda oynaya biləcək formada olduğu bildirilir.
Ələsgərov 2017-ci ildən "Neftçi"də çıxış edirdi. O, ötən mövsüm 19 qolla Azərbaycan Premyer Liqasının bombardiri olub.
saytlarin hazirlanmasi