"Legiya"nın baş məşqçisi Çeslav Mixneviç komandanın hücumçusu Mahir Emreli haqda danışıb.
Sportal.az xəbər verir ki, o, 24 yaşlı hücumçunun çox çalışmalı olduğunu deyib:
"Mahir mövsümə çox yaxşı başladı. Lakin sonra Çempionlar Liqasında "Budo Qlimt"ə qarşı cavab oyunu öncəsi xəstələndi. O, öz üzərində çox çalışmalıdır. Düşünürəm ki, onun yenidən əvvəlki formasına qayıtması üçün vaxt lazımdır. Tomaş Pekhart isə komandanın düşərgəsində heç bir hazırlıq müddəti olmadan gəlmişdi. Buna baxmayaraq, hər zaman meydana çıxmağa hazırdır. Fikrimcə, hər şey yaxşı olacaq".
Mahir Emreli bu yay "Legiya"ya keçib.