Azərbaycanlı futbolçuların komandasından heç-heçə

11:20 - 15 Avqust 2021

Ukrayna Premyer Liqasında 4-cü turun oyunları keçirilib.

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçular Rüstəm Əhmədzadə və Eldar Quliyevin də çıxış etdiyi  “Minay” da səfərdə “Zarya” ilə qarşılaşıb. Matç1:1 hesablı bərabərliklə başa çatıb.

 
Rüstəm bu oyuna start heyətdə başlayıb və 63-cü dəqiqədə əvəzlənib. Eldar da məhz həmin dəqiqədə digər komanda yoldaşının əvəzində meydana buraxılıb.
 
Qeyd edək ki, “Minay” 4 xalla 16 kollektiv arasında 9-cudur.

Xəbər xətti