Türkiyə 1-ci liqasında ilk turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Vüsal İsgəndərlinin şərəfini qoruduğu "Ankara Keçiörengücü" öz meydanında "Altınordu" ilə qarşılaşır. 26 yaşlı hücumçu bu qarşılaşmaya start heyətdə başlayacaq.
"Ankara Keçiörengücü" - "Altınordu" matçı Bakı vaxtilə saat 20:15-də start götürəcək.
Qeyd edək ki, digər azərbaycanlı futbolçu Namik Ələskərovun çıxış etdiyi "Bursaspor" saat 22:45-də "Adanaspor"la qarşılaşacaq.
saytlarin hazirlanmasi