"Aberdin"in baş məşqçisi Stiven Qlass Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"la oyunlar öncəsi fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, 45 yaşlı şotlandiyalı mütəxəssis Azərbaycana səyahətin asan olmayacağını deyib:
"İsti hava və uzun uçuş bizi gözləyir. "Qarabağ"ın böyük təcrübəsi var. Hər iki klub qrup mərhələsinə düşməyi hədəfləyir. Biz buna hazırıq. Birinci matçdan sonra bərpa üçün vaxtımız olacaq. Düşünürəm ki, oyunçularım əldə etdikləri şansı başa düşürlər. Onlar anlamalıdırlar ki, cavab matçı doğma meydanda olacaq və bu, bizim üstünlüyümüzdür. Cavab oyunundan əvvəl sərfəli nəticə əldə etməliyik. Keçilə biləcək komandaya qarşı yaxşı şansımız var".
"Qarabağ" - "Aberdin" matçı avqustun Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Cavab görüşü 1 həftə sonra Şotlandiyada reallaşacaq.
saytlarin hazirlanmasi