"Qarabağ" rəsmisi: "Stadionun normal hala gəlməsi üçün əlimizdən gələni etmişik"

15:30 - 17 Avqust 2021

"Biletlər səhər saatlarından satışa çıxarılıb. Oyuna maraq böyükdü".

 

Bu sözləri Sportal.az saytına açıqlamasında "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə deyib. 

 

"Qarabağ" Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Şotlandiyanın "Aberdin" klubu ilə qarşılşacaq. Klub rəsmisi oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika Stadionunun ot örtüyü haqda da danışıb: 

 

"Stadionun normal hala gəlməsi üçün əlimizdən gələni etmişik. Amma qısa müddətdə və belə isti havada ot örtüyünü ideala yaxın vəziyyətə gətirmək mümkün deyil".

 

Qeyd edək ki, "Qarabağ" - "Aberdin" matçı 19 avqust tarixində saat 20:00-da baş tutacaq.

 

Xəbər xətti