Rüfət Dadaşov ABŞ klubuna təşəkkür etdi - FOTO

11:40 - 18 Avqust 2021

Azərbaycan millisinin forvardı Rüfət Dadaşov “Finiks Rizinq”dən ayrılaraq “Şalke-2”yə keçib.

 

Sportal.az xəbər verir ki, ABŞ-dakı 2 illik karyerasından sonra onun üçün doğma sayılan Almaniyaya dönən Dadaşov şəxsi instaqram hesabında ayrılığı və “Finiks”də keçirdiyi günlərdən yazıb. Onun qısa olaraq yazdıqlarını diqqətinizə çatdırırıq:

 

“Son iki ildə unudulmaz edən hər kəsə təşəkkür etmək zamanı çatıb. Çox sağol, “Finiks”. Necə də gözəl illər idi. Dili bilmədən, yeni ölkəyə köçmək, çətin görünə biləcək şeylər var idi, amma bizi ailə, məni qardaş kimi qarşılayan insanlara təşəkkür edirəm. Bunu heç vaxt unutmayacam və bu təcrübəni yaşadığım üçün nə qədər xoşbəxt olduğumu ifadə edə bilmərəm. Arizonada və “Finiks”də 2 fantastik il keçirdik".

 

 

Açıklama yok.

Xəbər xətti