Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək "Qarabağ" - "Aberdin" (Şotlandiya) matçına bilet satışı davam edir.
Sportal.az xəbər verir ki, indiyədək 6 minə yaxın bilet satılıb.
Nazilər Kabinetinin qərarına əsasən, pandemiyaya görə oyunlara stadion tutumunun 50 faizi qədər azarkeş buraxıla bilər. Bu da o deməkdir ki, 30 minlik tutumu olan Tofiq Bəhramov adına Respublika stadionuna 15 min azarkeş buraxılacaq.
Avqustun 19-də keçiriləcək "Qarabağ" - "Aberdin" oyunu saat 20:00-da başlayacaq. Komandalar arasında cavab matçı 1 həftə sonra Şotlandiyada keçiriləcək.
saytlarin hazirlanmasi