Azərbaycan milli komandasının sabiq üzvü Ruslan Qurbanov özünə yeni komanda tapmağa yaxın olub.
Sportal.az xəbər verir ki, futbolçu Belarusun “Slaviya”(Mozır) klubunun düşərgəsində olub. Aldığımız məlumata görə, Qurbanov yaradılan şəraitdən narazı qalaraq geri qayıdıb.
Ötən mövsümü “Zirə”də keçirmiş vinger ona gələn təklifləri gözdən keçirəcək. O, hazırda dünyaya göz açdığı Rusiyanın Stavropol şəhərində yaşayır.
saytlarin hazirlanmasi