Mahir qol vurdu, komandası "Slaviya" ilə heç-heçə etdi - VİDEO

02:13 - 20 Avqust 2021

Mahir Emrelinin çıxış etdiyi "Legiya" Avropa Liqasının pley-off mərhələsində ilk oyununa çıxıb.

 

Sportal.az xəbər verir ki, Varşava təmsilçisi səfərdə "Slaviya" (Çexiya) ilə qarşılaşıb. Start heyətdə meydana çıxan Mahir görüşün 20-ci dəqiqəsində baxımlı qolla hesabı açıb. Görüşün yekun nəticəsi isə 2:2 olub. Emreli 90 dəqiqə meydanda olub.

 

Bu komandalar arasında cavab görüşü avqustun 26-da Varşavada keçiriləcək.

 

Xəbər xətti