Mahir Emrelinin formasını geyindiyi "Legiya" Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda səfərdə "Slaviya" ilə qarşılaşıb.
Sportal.az xəbər verir ki, Mahir 2:2 hesabı ilə başa çatan matça start heyətdə başlayıb və 20-ci dəqiqədə gözəl qol vurub.
Əslində, Mahirin start heyətdə meydana çıxması planlaşdırılmamışdı. İlk 11-likdə yer alacağı gözlənilən çexiyalı hücumçu Tomaş Pekhart isinmə hərəkətlərində zədələnib. Bu səbəbdən də protokolda dəyişiklik edilib və Emreli Pekhartın əvəzinə start heyətdə yer alıb.
Mahir Praqa təmsilçisinin qapısına vurduğu qoldan sonra gözəl jest edib. O, qol sevincini məhz zədələnən komanda yoldaşı Tomaş Pekhartı qucaqlayaraq qeyd edib.
saytlarin hazirlanmasi