"Qalatasaray"ın futbolçusu Markaonun cəzası açıqlanıb.
Sportal.az xəbər verir ki, Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi braziliyalı müdafiəçiyə 8 oyunluq cəza verib. Bundan başqa 26 yaşlı futbolçu 21 min lirə məbləğində cərimə olunub.
Qeyd edək ki, Markoa Super Liqanın ilk turu çərçivəsində "Girəsunspor"la keçirilən oyunda (2:0) komanda yoldaşı Kərəm Aktürkoğlunu yumruqla vurduğu üçün meydandan qovulmuşdu.
saytlarin hazirlanmasi