Türkiyənin "Qalatasaray" klubunun heyətində itki baş verib.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin yarımmüdafiəçisi Arda Turan zədələnib. Avropa Liqası pley-off mərhələsinin "Randers"lə (Danimarka) ilk oyununda sol ayağında xəsarət alan təcrübəli futbolçunun müalicəsinə başlanılıb. Onun yaşıl meydanlara nə vaxt qayıdacağı açıqlanmayıb.
Qeyd edək ki, "Randers" - "Qalatasaray" matçı 1:1 hesablı bərabərliklə başa çatıb.
saytlarin hazirlanmasi