“Fənərbaxça” klubu Türkiyə Futbol Federasiyasını (TFF) məhkəməyə verib.
Sportal.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb. "Sarı-lacivərtlilər" 2010/2011 mövsümündən sonra yaşananlara bağlı federasiyadan 250 milyon TL təzminat tələb edir.
Qeyd edək ki, “Fənərbaxça” 2010/2011 mövsümündə Türkiyə Super Liqasının çempionu olub. İstanbul klubu danışılmış oyunlarda iştirakda ittiham olunduğu üçün həmin mövsüm avrokuboklardan kənarlaşdırılmışdı. "Fənərbaxça"nın əvəzinə mövsümü 2-ci pillədə başa vuran "Trabzonspor" Çempionlar Liqasında iştirak etmişdi.
saytlarin hazirlanmasi