Rusiya Premyer Liqasında V turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının sabiq hücumçusu Kamran Əliyevin formasını geyindiyi "Ximki" doğma meydanda "Rubin"lə heç-heçə edib - 1:1.
Kamran bu matçın iştirakçısı olmayıb. Əliyev sonadək ehtiyatda qalıb.
5 turdan sonra 5 xalı olan "Ximki" 16 iştirakçı arasında 12-ci pillədə qərarlaşıb.