"Bursaspor"a transfer olan Namik Ələskərovun yeni klubunda debütü yubanır.
Sportal.az xəbər verir ki, milli komandamızın üzvü Türkiyə 1-ci liqasının 2-ci turunda bu gün "Ərzurumspor"la oyunda da meydana çıxa bilməyəcək. Buna səbəb 26 yaşlı futbolçunun sabiq klubu "Neftçi"di. Belə ki, "ağ-qaralar" Ələskərovun transfer vərəqini qarşı tərəfə vermir. Buna görə də Türkiyə klubu onu federasiyaya sifariş edə bilmir.
Qeyd edək ki, Namik Ələskərov "Bursaspor" klubu ilə 2 illik müqavilə imzalayıb.
saytlarin hazirlanmasi