Millimizin futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Legiya" bu gün Avropa Liqasının pley-off mərhələsinin cavab oyununa çıxacaq.
Sportal.az xəbər verir ki, Polşa təmsilçisi Çexiyanın "Slaviya" klubunu qəbul edəcək. Bakı vaxtilə saat 23:00-da başlayacaq qarşılaşmaya Emreli start heyətdə başlayacaq.
Qeyd edək ki, bu komandalar arasında ilk görüş 2:2 hesabı ilə başa çatıb. Emreli həmin görüşdə komandasının ilk qolunu vurub.
saytlarin hazirlanmasi