CAS Nurlan İbrahimovun UEFA-dan şikayətinə bu tarixdə baxacaq

23:23 - 28 Avqust 2021

İdman Arbitraj Məhkəməsi (CAS) "Qarabağ" klubunun sabiq mətbuat katibi Nurlan İbrahimovun UEFA-ya qarşı şikayət ərizəsinə baxacaq.

 

Sportal.az xəbər verir ki, dinləmələr 8 oktyabra təyin edilib.

 

Nurlan İbrahimov Vətən müharibəsi zamanı feysbuk səhifəsində ermənilərlə bağlı paylaşımına görə UEFA tərəfindən futboldan ömürlük uzaqlaşdırılıb. "Qarabağ" klubu isə 100 000 avro cərimələnib. İbrahimov yanvarın 19-da klubdan ayrıldığını açıqlayıb. (Report.az)

Xəbər xətti