Vüsal İsgəndərlinin çıxış etdiyi "Keçiörengücü" Türkiyə I Liqasında III turun oyununa çıxıb.
Sportal.az xəbər verir ki, komanda doğma meydanında "Adanaspor"u qəbul edib və 2:0 hesabı ilə qalib gəlib.
İsgəndərli əsas heyətdə yer alıb və 85-ci dəqiqədə əvəzlənib. O, matçın 52-ci dəqiqəsində komandasının 2-ci qolunu vurub. Bu, onun Türkiyə klubunda ilk qolu olub.
3 turdan sonra "Keçiörengücü"nün hesabında 4 xal var.
saytlarin hazirlanmasi