Mahir Emrelinin çıxış etdiyi "Legiya" bu gün Polşa Ekstraklasasında növbəti matçına çıxıb.
Sportal.az xəbər verir ki, Varşava təmsilçisi "Visla Krakov"la üz-üzə gəlib və 0:1 hesabı ilə uduzub.
Mahir 46-cı dəqiqədə meydana daxil olub. 24 yaşlı hücumçu bu görüşdə fərqlənsə də, onun qolu qeydə alınmayıb.
"Legiya" turnir cədvəlində 6 xalla 14-cüdür.
saytlarin hazirlanmasi