"Fənərbaxça" yeni transferi Stiven Kokerlə yollarını ayrımağa hazırlaşır.
Sportal.az xəbər verir ki, ingilis müdafiəçini komandanın yeni baş məşqçisi Vitor Pereyra gələcək planlarında düşünmür. Bu səbəbdən İstanbul təmsilçisi 29 yaşlı oyunçunun müqaviləsini pozmağa qərar verib.
Koker karyerasını Türkiyənin digər təmsilçisi "Qaziantep"də davam etdirəcək. Müdafiəçi yayda "Alanyaspor"dan "Fənərbaxça"ya keçmişdi. O, "Tottenhem", "Liverpul", "Sauthempton", KPR, "Suonsi Siti" kimi klublarda çıxış edib.
saytlarin hazirlanmasi